Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının Rusiyanın Omsk şəhərində yerləşən "Omsk kauçuk" kimya müəssisəsinə zərbə endirdiyi iddia olunur.
Bu barədə Ukrayna Telegram kanalları məlumat yayır.
Paylaşımda hədəfin Ukrayna ərazisindən təxminən 2 500 kilometr məsafədə yerləşdiyi bildirilib.
Hadisə ilə bağlı müəssisəyə dəyən ziyanın miqyası, mümkün tələfat və yanğın barədə məlumat paylaşımda açıqlanmayıb.