Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?

Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi hazırda ən çox müzakirə olunan məsələlərdəndir. ABŞ Prezidenti Donald Trampın Kiyevə münasibətdə mövqeyi, Vaşinqton-Moskva xəttində müşahidə olunan diplomatik təmaslar və Avropanın Ukraynaya dəstəyi ilə bağlı yaranan ziddiyyətlər müharibədən sonrakı dövrün necə formalaşacağı ilə bağlı suallar yaradır. Digər tərəfdən, Rusiyanın strateji məqsədlərindən geri çəkilmək niyyətində olmaması və Avropa ölkələri arasında Moskva ilə münasibətlərin yenidən qurulmasına dair fərqli yanaşmaların ortaya çıxması vəziyyəti daha da mürəkkəbləşdirir. Bəs atəşkəs əldə olunarsa, bundan sonra hansı ssenarilər reallaşa bilər?