Xəstəxanaya yerləşdirilən Xalq artisti danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

Aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib. O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb:

“Təzyiqim o qədər yüksəldi ki... Hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.