ABŞ İranın nüvə potensialına malik olması və Hörmüz boğazına nəzarət etməsini istəmir.
Bunu İran parlamentin sözçüsü Abbas Qudərzi ISNA-ya müsahibəsində deyib.
"Amerika istəyir ki, İran nüvə potensialına malik olmasın və özünü mövcud təzyiqlərdən xilas etmək üçün Hörmüz boğazını da əldən versin", - o bildirib.
Qudərzinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın son açıqlamalarının əsas hissəsi təhdid, xalq arasında qorxu yaratmaq və ölkə rəsmilərinin hesablama sistemini pozmaq məqsədi daşıyır:
"İran İslam Respublikası özünün yeddi şərtini elan edib və bu şərtlər yerinə yetirilməyənə qədər danışıqlar mənasız olacaq".