ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu məxfi müdafiə məlumatlarını jurnalist sevgilisinə ötürməkdə təqsirləndirilən 42 yaşlı MKİ podratçısını həbs edib. Məxfi sənədlərin yayılması milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.