Orbanın qızı və kürəkəni Macarıstandan qaçır

Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın qızı və kürəkəni əmlaklarını sataraq Londona köçməyə hazırlaşırlar.

Bu barədə Avropanın VSquare nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bu, keçmiş baş nazirin ailəsinin hüquqi tədbirlərdən qorxduğunu göstərir.

Cütlüyü şəxsən tanıyan bir mənbə bildirib: "Hər şey satılır. Macarıstanda mümkün qədər az aktiv qoymağa çalışırlar". Nəşrin məlumatına görə, Orbanın kürəkəni, sahibkar İştvan Tiborczın biznes imperiyası son illərdə əsasən böyük dövlət müqavilələri sayəsində çiçəklənib. Macarıstanda hakimiyyət dəyişikliyindən sonra bu imkanlar tükənib.

Bundan əlavə, Tiborcun biznes ortağı, iş adamı Daniel Jellinek bu yaxınlarda iqtisadi cinayətlərdə şübhəli bilinərək həbs edilib. Jellinekin müdafiə strategiyası ilə tanış olan mənbə bildirib ki, iş adamı günahını boynuna almağa və "Orban dövrünün elitasının üzvləri barədə" məlumatları açıqlamağa hazırdır.

Mənbəyə görə, Orbanın qızı və kürəkəni son bir ildir ki, demək olar ki, yalnız xaricdə yaşayırlar. Onlar əvvəlcə ABŞ-da idilər və bu yaxınlarda Londona köçüblər.