ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrandan sonra Kuba ilə bağlı addımlar atacağını bildirib.
Bu barədə o, Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Tramp ABŞ-nin hərbi potensialını yüksək qiymətləndirərək, İrandan sonra Kuba ilə bağlı məsələyə diqqət yetirəcəklərini deyib. O, hətta Kuba sahillərinə ABŞ gəmilərinin göndərilə biləcəyini istisna etməyib.
Amerika lideri, həmçinin ABŞ Dövlət katibi Marko Rubionun bu məsələnin həlli üçün Kubaya göndərilə biləcəyini qeyd edib.