Tramp: Tehran Vaşinqtonun şərtlərini qəbul etməsə, hərbi əməliyyatlar başladıla bilər

ABŞ administrasiyası İran hakimiyyəti Vaşinqtonun razılaşma şərtləri ilə razılaşmasa, İrana qarşı daha bir əməliyyat başlada bilər.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Floridadakı tərəfdarları qarşısında çıxış edərkən o, 2025-ci ilin iyun ayında ABŞ-nin "Gecəyarısı Çəkic Əməliyyatında İranın uran zənginləşdirmə potensialını məhv etdiyini" söyləyib.

"Yadınızdadır, bu, gecə saat 1-də idi və qalanını 28 fevralda başlayan Epik Qəzəb Əməliyyatında etdik. Bəlkə daha bir kiçik Epik Qəzəb edəcəyik, ya da şərtlərimizlə razılaşacaqlar. Əgər ağıllıdırlarsa, sadəcə deyəcəklər ki, gəlin işə başlayaq. Amma bilirsiniz, şübhə edirəm ki, onlar bunu edəcəklər, çünki ağıllı olmaya bilərlər", - deyə Amerika lideri bildirib.