Bakı-Qazax yolunda TIR yandı

Qazaxda yanğın hadisəsi baş verib.

APA-ya istinadla, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

32 yaşlı N.Mehdiyevin idarə etdiyi TIR anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.