Tramp üçüncü dəfə prezident ola bilər?

ABŞ prezidenti Donald Trampın üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyi ilə bağlı bəyanatı siyasi ekspert tərəfindən hüquqi baxımdan əsassız hesab edilib.

Politoloq Mixail Sinelnikov-Orişak “Ridus” nəşrinə açıqlamasında Trampın bu bəyanatını növbəti dəfə “boş söhbət” adlandırıb. Onun fikrincə, hüquqi baxımdan Trampın yenidən ABŞ prezidenti olmaq şansı yoxdur.

“Gəlin, noyabrın 3-də keçiriləcək səsvermənin nəticələrini gözləyək. Həmin vaxt Nümayəndələr Palatası və Senatda qüvvələr nisbəti aydınlaşacaq. Bundan sonra Tramp administrasiyasının perspektivləri də bəlli olacaq”, - deyə ekspert bildirib.

Qeyd olunur ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident vəzifəsini iki müddətdən artıq tutmasını qadağan edir. Düzəliş 1947-ci ildə Konqres tərəfindən qəbul olunub, 1951-ci ildə isə ştatların tələb olunan əksəriyyəti tərəfindən ratifikasiya edilib.