Rumıniyanın milli müdafiə naziri Ştefan-Radu Oprea ABŞ-nin bu ölkədəki səfiri Darril Nirenberqlə Qara dənizdəki vəziyyəti və NATO-nun Şərq cinahında müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə birgə səylərin göstərilməsi məsələsini müzakirə edib.
Bu barədə Rumıniya mediası məlumat yayıb.
"Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin davamlı olaraq pisləşməsi kontekstində Ştefan-Radu Oprea təhdidlərin artması ilə əlaqədar hava hücumundan müdafiənin, pilotsuz sistemlərə qarşı mübarizə potensialının gücləndirilməsinin və kritik infrastrukturun qorunmasının vacibliyini vurğulayıb", - nazirliyin yaydığı məlumatda qeyd edilib.