Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb

Komor adaları bayrağı altında üzən “Xorev” ticarət gəmisi ehtimal edilən dron zərbəsindən sonra Qara dənizdə batıb. Rumıniya mediasına istinadən xəbərdə bildirilir ki, hadisə Rumıniyanın Konstantsa limanından təxminən 13 dəniz mili məsafəsində baş verib. Gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10 nəfəri Ukrayna, üç nəfəri isə Azərbaycan vətəndaşıdır. ©Report.az