Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Ölkə.az-a istinadən, Milli Qəhrəman "Yeni Klinika"ya yerləşdirilib.
Məlumata görə, Ehtiram Əliyev vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, Ehtiram Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünaya gəlib.