Oktyabrın 23-də Bakının Yasamal rayonunun və Abşeron rayonunun bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisindəki transformator məntəqəsində təmir, 10 kV-luq hava xətlərində isə naqillərin yenilənməsi işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov və Zahid Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Həmçinin 10 kV-luq elektrik xəttində yenidənqurma işləri ilə əlaqədar saat 08:00-dan 18:00-dək Xaqan Dadaşov, Kamal Rəhimov, Murad Mirzəyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev, Rahib Tağıyev və Ümid Əkbərov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Abşeron RETSİ-nin xidmət ərazisində isə Masazır yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Masazır qəsəbəsinin Azadlıq, İstiqlaliyyət, Qara Qarayev və Sahil küçələrində, eləcə də Zəngilan şəhərciyinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, işlər başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyəti və dayanıqlılığı artırılacaq.