Araz çayının İmişli rayonundan keçən hissəsində bu mövsüm balıqların sayında artım müşahidə olunur.
Həvəskar balıqçılar bu il çayda müxtəlif növ iriçəkili balıqlara daha çox rast gəlindiyini bildirirlər.
Balıqçılar bu artımı Araz çayında suyun səviyyəsinin yüksəlməsi ilə əlaqələndirirlər.
Onların sözlərinə görə, daşqınlar zamanı çaya qarışan lil və palçıq da balıqların tələf olmasına səbəb ola bilər. Balıqçılar hesab edirlər ki, su ehtiyatlarının qorunması, çay qollarının təmizlənməsi və balıqların mühafizəsi istiqamətində tədbirlərin görülməsi Arazda balıq ehtiyatlarının artmasına müsbət təsir göstərər.