İspaniyanın "Real" (Madrid) klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni müqavilə imzalayıb.
Publika.az-a istinadən, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, "Kral klubu" üç il əvvəl heyətinə qatdığı 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik yeni müqavilə barədə razılığa gəlib.
Qeyd edək ki, Arda Güler cari mövsümdə məhsuldar ötürmələri ilə diqqət çəkib.