Dövlət Vergi Xidməti vergi öhdəlikləri modulu yaradır – 7.7 milyon manatlıq layihə

Dövlət Vergi Xidməti üçün 7,7 milyon manatlıq informasiya sistemi hazırlanacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti AVİS2 informasiya sistemində Vergi öhdəlikləri modulunun yaradılması üçün satınalma müsabiqəsi elan edib. Layihə çərçivəsində vergi öhdəlikləri modulunun yaradılması nəzərdə tutulur. Satınalmanın ehtimal olunan qiyməti 7 668 175,58 manat təşkil edir.