Azərbaycanda qida məhsulları sahəsində fəaliyyət göstərən “Murad İm” MMC-nin ət məhsullarında əmtəə nişanlarından istifadəsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılır.
Agentliyin 2026-cı il üzrə məlumatında araşdırmanın kolbasa və sosiska məhsullarında əmtəə nişanlarından istifadə zamanı “M & T” Ltd firmasına qarşı haqsız rəqabətə yol verilməsi ehtimalı ilə bağlı olduğu bildirilir.
Məsələ Rəqabət Məcəlləsinin 23.1.1-ci maddəsinin pozulması əlamətləri üzrə araşdırılır.
“Murad İm” MMC qida məhsullarının qablaşdırılması və satışı ilə məşğul olub. Əqli Mülkiyyət Agentliyinin əmtəə nişanları bülletenində şirkətin adına 2025-ci ildə qeydə alınmış, kolbasa, ət və sosiska məhsullarını da əhatə edən əmtəə nişanı var.