Sumqayıtda abad məhəllələrin salınmasına 1.3 milyon manat ayrılır

Sumqayıtda məhəllələrin abadlaşdırılmasına 1,3 milyon manat ayrılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin mikrorayon və məhəllə ərazilərində abadlıq işlərinin aparılması üçün satınalma müsabiqəsi elan edib. Satınalma çərçivəsində abad məhəllələrin və yeni səkilərin salınması, eləcə də mövcud səkilərin təmiri nəzərdə tutulur. Müsabiqənin ehtimal olunan qiyməti 1 309 517,98 manat təşkil edir.