Parkda canlı yayım açıb söyüş söyən "tiktoker" həbs olundu

Sosial şəbəkələrdə qeyri-etik ifadələr səsləndirən daha bir şəxs həbs olunub.

21 yaşlı H. Vəlili parkalrın birində “tiktok” sosial şəbəkəsində özünə məxsus “qaranlig_001_” adlı hesabda canlı yayım açıb. Canlı yayım zamanı o, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edənə hərəkətlərə yol verib.

Nəticədə H. Vəlili polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

H. Vəlili ifadəsində əməlindən peşman olduğunu bildirib.

Məhkəmə onun 10 gün müddətinə inzibati qaydada həbsinə qərar verib. /Lent.az/