“Çoxsaylı müharibələri həll etmişəm, amma mənə hələ də Nobel sülh mükafatı verilməyib”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bütün bu müharibələri həll etmişəm, amma sülh mükafatını heç kimin indiyədək tanımadığı gənc bir qadına verdilər”, - o bildirib.
Tramp 2025-ci ildə Nobel sülh mükafatına layiq görülmüş Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu xatırladıb. Maçado əvvəllər Trampın Nobelə layiq olduğunu bəyan edib.
“O dedi ki, “mən Nobel sülh mükafatına layiq deyiləm. Dünyada bu mükafata layiq olan yalnız bir nəfər var”, - Donald Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin ədəbiyyat sahəsində “Pulitser” mükafatına layiq olduğunu iddia edib: “Yazdıqlarıma görə “Pulitser” mükafatını mən almalı idim”.