Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.

Telefon danışığında Azərbaycan-Türkiyə münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Azərbaycan müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Əliyevi bir daha təbrik edib və iki ölkə arasındakı əməkdaşlığın daha yüksək səviyyəyə qalxacağına əminliyini bildirib.

Əliyev təbriklərə və telefon zənginə görə Ərdoğana təşəkkür edib. O da Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.