Dünyada palma yağı bu yağla əvəz olunacaq

Növbəti altı il ərzində soya yağı palma yağını üstələyə və istehsal həcminə görə dünyanın ən böyük bitki yağına çevrilə bilər.

Bu proqnozu “ISTA Mielke GmbH” şirkətinin baş direktoru və aparıcı sənaye analitiki Tomas Mielke Malayziya Palma Yağı Forumu 2026-da verib.

Onun sözlərinə görə, soya yağı soya əkin sahələrinin genişləndirilməsi, daha yüksək məhsuldarlığa və yağ tərkibinə malik sortların inkişafı və əmək sərfiyuatı ilə məhsuldarlığın daha yaxşı balanslaşdırılması sayəsində populyarlıq qazanır.

Bununla yanaşı, plantasiyaların kifayət qədər yenilənməməsi, xəstəliklərin yayılması, istehsal xərclərinin artması, gübrə tətbiqinin azalması və daha sərt davamlılıq tələbləri səbəbindən palma yağı istehsalı azalır.