Ukrayna Ali Radasının deputatı Bohdan Kitsak ölkəsinin Rusiya ilə hərbi əməliyyatları daha 10 il davam etdirmək imkanına malik olduğunu bildirib.
Deputat bu barədə açıqlamasında danışıb. Onun sözlərini “InsiderUA” Telegram kanalı yayıb.
Kitsakın qiymətləndirməsinə görə, Ukraynanın müharibəni davam etdirmək üçün daha 10 illik resurs ehtiyatı var. Bununla belə, o, Rusiyanın daha çox resursa və ona şərt qoymayan müttəfiqlərə malik olduğunu vurğulayıb.