Alimenti uşağa yox, özünə xərcləyən ananı nə gözləyir?

Azərbaycan qanunvericiliyinə görə, aliment mütləq şəkildə uşağın maddi ehtiyaclarının (qida, geyim, təhsil, tibbi xərclər) qarşılanmasına xidmət etməlidir. Əgər ana alimenti uşağa deyil, birbaşa öz şəxsi ehtiyaclarına xərcləyirsə, digər tərəfin (atanın) məhkəməyə müraciət etmək hüququ var.