Mahir Emrelinin komandasının yeni baş məşqçisi müəyyənləşdi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubunun yeni baş məşqçisi bəlli olub.

Çestoxova təmsilçisi bu vəzifəyə David Şvarqanı təyin edib.

36 yaşlı mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, "Rakuv" Polşa çempionatında altı xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.