Xidməti ərazimizdən Ermənistana çoban keçməyib - DSX

Dövlət Sərhəd Xidməti azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olması barədə yayılan məlumatlara münasibət bildirib. DSX-dən bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.Qeyd edək ki, Ermənistan mediası azərbaycanlı çobanın Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçdiyini və hərbi polis tərəfindən saxlanıldığını iddia edib.