Masazırda 65 yaşlı kişi 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. Lent.az-a istinadən, hadisə Masazır qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə irad bildirməsi olub.