Lerikdə qanunsuz qızıl axtaran şəxs tutulub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə yerindən qaçan R.Qasımov da polis tərəfindən davam etdirilən tədbirlər nəticəsində saxlanılıb.
***
Lerikdə qanunsuz qızıl axtaran şəxslər müəyyən olunub.
Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
Həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Digər şəxs, E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumatı DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a təsdiqləyiblər.