Zaur Rzayevin səhhəti necədir? - son məlumat

Xəstəxanaya yerləşdirilən Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayevin səhhəti oktabrın 14-də yenidən pisləşib. Müğənni xəstəxanaya aparılıb.

Məlumat üçün bildirək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.