Zeytun festivalı start götürür

Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək Zeytun Festivalı ziyarətçiləri müxtəlif zeytun məhsulları ilə tanış etməklə yanaşı, həm də maraqlı konsert proqramı ilə qarşılayacaq. Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival Dövlət Turizm Agentliyi və…