Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Danimarkada yerli "Bakken Birs"lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Xatırladaq ki, "LANDAU Lions" daha əvvəl G qrupunda İsveçrənin "Lions de Geneve" komandasına (83:105) və Slovakiyanın "Prievidza" klubuna uduzub - 84:108.