Valdas Dambrauskas: Futbolçularıma təşəkkür edirəm

“Futbolçularıma təşəkkür edirəm ki, əllərindən gələni etdilər”.

Bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya Dortmund” klubuna 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmanı belə şərh edib:

“Bir çox epizodlar yaratdıq. Etiraf etməliyəm ki, komandam sona qədər mübarizə apardı.

Rəqib oyunu daha erkən bitirə bilərdi. 3-4 qol da vura bilərdilər. Rəqibin gücünü nəzərə almaq lazımdır. Məyus olduğum məqam odur ki, oyuna pis başladıq. İkinci hissədə ikinci qolu buraxdıq. Bu, ikinci ən pis məqam idi. Mən yenə də öz komandamdan razıyam”.