Bakıda saxta aksiz markalı alkoqollu içkilər istehsal edən obyekt aşkarlanıb

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanması və satışı ilə məşğul olan qanunsuz obyektin fəaliyyət göstərməsi faktı aşkar edilib