"CFI Financial İnvestisiya Şirkəti"nin törəməsi nizamnamə kapitalını 1 % azaldır

"CFI Financial İnvestisiya Şirkəti" QSC-yə məxsus, investisiya fondlarının idarə edilməsi məqsədi ilə yaradılmış "CFI Asset Management" MMC nizamnamə kapitalını 1 500 manat və yaxud 1 % azaldaraq 151 500 manatdan 150 000 manata endirdiyini elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verilir.

Məlumata görə, kreditorlar bir ay ərzində tələblərini törəmə şirkətin yerləşdiyi Bakı şəhəri̇, Nəsimi rayonu, Neftçilər prospekti, 64 ünvanına bildirə bilərlər.

"CFI Asset Management" 2014-cü ilin may ayında yaradılıb, həmin ilin iyun ayında isə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb. Onun qanuni təmsilçisi təsisçisi ilə eyni Qasımova Pərvanə Əlifağa qızıdır. Bu günə şirkətin 289 manat vergi borcu var.

Azərbaycanda investisiya fondlarının idarəçisi olan digər lisenziyalı şirkət isə "İnvest-Az İnvestisiya Şirkəti" QSC-yə məxsus "İnvestAz Asset Management" MMC-dir.