Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu

24-25 oktyabrda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək. Bununla bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.