“Şərqi Azəri” yatağından indiyədək 645 milyon bareldən çox neft hasil edilib

İndiyədək “Şərqi Azəri” yatağından 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bununla da “Şərqi Azəri” 1997-ci ilin noyabrında hasilata başlamış “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4,7 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib. Məlumata əsasən, “Şərqi Azəri” hazırda təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam…