Nazirlik: Zəngəzur dəhlizinin inkişafı regional nəqliyyat əlaqələrini gücləndirəcək

Azərbaycanın tranzit potensialının genişləndirilməsi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Zəngəzur dəhlizinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu barədə Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir. Qeyd olunur ki, bu istiqamətdə Horadiz–Ağbənd avtomobil yolunun tikintisi başa çatdırılıb, dəmir yolu xəttinin tikintisi davam etdirilir. Eyni zamanda Naxçıvanın dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər aparılır. “Zəngəzur dəhlizinin…