Nizami və Binəqədi rayonlarına yeni prokurorlar təyin olunub

Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub. Bu barədə Day.Az-a Baş Prokurorluqdan məlumat verilib. Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.