Deputat: "Yüksək komissiya haqları nağdsız hesablaşmalara marağı azaldır"

"Hazırda Azərbaycanda 22 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-ci ildə 2 ödəniş təşkilatı, 2025-ci ildə isə 2 elektron pul qurumu üçün lisenziya verilib. 2020-ci illə müqayisədə POS terminalların sayı 3.2 dəfə artaraq 184.4 minə çatıb. Son 5 ildə isə bu sahədə illik orta artım sürəti 26.3 faiz olub. Ötən 10 il ərzində dövriyyədə olan bank kartlarının sayı hər il orta hesabla 14.8% yaxud ümumilkdə 3.8 dəfə artaraq 2026-cı ilin may ayının sonunda 22.8 milyona çatıb".