"Təhsil alın, onda sizi aldada bilməyəcəklər"

Müğənni Xuraman Şuşalı dini ayinlər adı altında insanları aldatmağa çalışan şəxsin görüntülərini paylaşaraq bu cür halları pisləyib.

Ifaçı izləyicilərinə müraciət edərək onları təhsil almağa, aldanmamağa çağırıb:

"Adam danışmağa da qorxur. Hələ kütləyə bax. Ay əqlini işlətmək istəməyənlər, oxuyun, elm alın. Sizi aldatmaq istəsələr də, aldanmayacaqsınız".