ABŞ neft bazarında “kölgə tankerləri”nə yaşıl işıq yandırır

ABŞ administrasiyası sanksiyalar altında olan neft tankerlərinin yenidən qanuni kommersiya daşımalarına cəlb edilməsinə imkan yaratmağa hazırlaşır. Məqsəd qlobal bazarda tanker çatışmazlığını azaltmaq və rekord həddə yüksəlmiş neft daşınması xərclərini aşağı salmaqdır. Banker.az bunu ABŞ-ın biznes və maliyyə xəbərləri üzrə ixtisaslaşmış “Bloomberg” agentliyinə istinadən xəbər verir. Agentlik ölkənin energetika naziri Kris Raytın açıqlamasına istinadən məlumat yayıb.…