Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? - Foto

"Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səhiyyə sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi Fərman imzalayıb. Hesab edirəm ki, bu sənəd Fərmanda da ətraflı göstərildiyi kimi, Azərbaycan əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi və tibbi xidmətlərə əlçatanlığın daha da asanlaşdırılması sahəsində böyük imkanlar yaradır".