Fransa paytaxtı Parisdə polis bir kanakı amansızcasına döyüb.
Bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Fransa hökuməti həm paytaxtda, həm də dənizaşırı müstəmləkələrində nəzarəti itirdikcə açıq şəkildə fundamental hüquqları hədəf alır. Parisin mərkəzində gənc bir kanakın polis tərəfindən amansızcasına döyülməsi və Qvadelupada yetkinlik yaşına çatmayanlar üçün qəflətən gecə komendant saatının tətbiq edilməsi bu reallığın bariz sübutudur", - məlumatda bildirilib.
Qeyd olunub ki, ictimai təhlükəsizliyin qorunması bəhanəsi ilə həyata keçirilən bu sərt tədbirlər zərurəti, müddəti və miqyası baxımından dinc toplaşma kimi fundamental hüquqla tamamilə ziddiyyət təşkil edir: "Dialoq qurmaq əvəzinə, Fransa məhdudiyyətlər və qorxu yolu ilə öz xalqını susdurmağı hədəfləyir. Paris azadlığı boğur, dünya isə onun iddia etdiyi demokratik dəyərlərin mütləq iflasını izləyir".