Beş il öncə icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisi üzrə tətbiqi Azərbaycanın səhiyyə sistemində mühüm institusional islahat idi. Bu sözləri "Report"a açıqlayan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, bunun əsas səbəbi yalnız səhiyyənin maliyyələşdirilməsi deyil, həm də əhalinin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq, maliyyə maneələrini azaltmaq və mövcud səhiyyə resurslarından daha səmərəli istifadə etmək zərurəti olub.O qeyd edib ki, islahatdan əvvəl əsas problemlərdən biri əhali üçün tibbi xidmətlərə çıxışda maliyyə maneələrinin olması idi:"Eyni zamanda, tibb müəssisələrinin maliyyələşdirilməsi onları xidmətlərin həcmini və keyfiyyətini artırmağa kifayət qədər stimullaşdırmırdı.İcbari tibbi sığorta səhiyyə vəsaitlərinin vahid fond şəklində toplanması, həmin vəsaitlərin əhali üçün müəyyən edilmiş xidmətlərə yönəldilməsi, tibb müəssisələrinin nəticə və xidmət keyfiyyətinə əsaslanan maliyyələşdirilməsinə keçid və əhalinin tibbi xidmətlərə daha əlçatan çıxışının təmin edilməsi üçün institusional əsas formalaşıb.İcbari sığorta fondunun strateji alıcı kimi çıxış etməsi səhiyyə xidmətlərinin hansı həcmdə, hansı keyfiyyətdə və hansı tibb müəssisələrindən alınmasına daha məqsədyönlü yanaşma yaratmalı idi".Deputatın fikrincə, TƏBİB-in yaradılması bu islahatın digər mühüm tərəfini – səhiyyə xidmətlərinin idarə olunmasını təmin edib:"TƏBİB səhiyyə sistemində daha aydın idarəetmə və məsuliyyət mexanizminin formalaşmasına imkan verib. Bu, xüsusilə vacib idi, çünki Azərbaycan səhiyyə sistemi uzun müddət əsasən xəstəxana yönümlü modelə əsaslanırdı. Yeni yanaşmada isə ailə həkimi və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və profilaktikaya daha çox diqqət ayrılması nəzərdə tutulurdu. TƏBİB missiyasını tamamlayıb, keçid dövrünün operativ idarəçisindən vahid strateji sistemin tərkib hissəsinə inteqrasiya edib.Yeni islahatın məqsədi səhiyyə idarəetmə sisteminin vahid struktura çevrilməsi, bununla da, səmərəliliyin artırılması, ən əsası isə vətəndaş üçün daha əlçatan, keyfiyyətli və nəticəyönümlü tibbi xidmətin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılmasıdır".P. Vəliyeva vurğulayıb ki, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi səhiyyə sistemində struktur dəyişikliklərindən daha çox, vahid strateji idarəetməyə, daha aydın məsuliyyət, daha güclü koordinasiya və nəticəyönümlü səhiyyə modelinə keçirilməsi baxımından əhəmiyyətlidir:"Bəzi xəstəliklərin müalicəsi iki qurum arasında bölünüb, bu isə idarəetmədə, data-nın toplanmasında çətinliklər yaradırdı. Vətəndaş bəzən qurumların səlahiyyətləri arasında bölgünü qarışdırırdı, xüsusilə müraciətlərin doğru ünvana çatdırılması ilə bağlı problemlər yaranırdı. Vahid idarəetmə ilə həm tibbi xidmətlərin təşkili, həm ölkə üzrə dərmanların, tibbi avadanlıqların satınalınması, qeydiyyatı və bölgüsü, həm də, kadrların təlimi, sertifikasiyası, işlə təminatı məsələlərinə Səhiyyə Nazirliyi məsul olacaq.Bundan başqa, səhiyyə siyasətlərinin formalaşdırılması, strategiya planlarının hazırlanması, eləcə də, qanunvericilik təşəbbüsləri vahid qurum tərəfindən irəli sürüləcək.Dünya praktikasında da belədir, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsidir və həmin quruma tabedir, səhiyyə məsələləri isə digər vahid qurumun səlahiyyətindədir. Təbii ki, icbari tibbi sığorta sisteminin ölkə üzrə tam qavranılması, sistemin oturuşması üçün müəyyən vaxt lazım olur, bu mənada TƏBİB keçid missiyasını uğurla tamamlayıb və daha təkmil idarəetmə modelinə keçid edib".Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.
Bu gün
151 xəbər bu gün
Çexiyanın şimal-şərqində ehtiyatları 11 ton qiymətləndirilən qızıl yatağı aşkar edilib.
"Sabah" klubu UEFA Çempionlar Liqasının tarixində ilkə imza atıb.
ABŞ tərəfi İranla danışıqlardan əvvəl Tehrana qarşı təzyiq, təhdid və sanksiyaları aradan qaldırmalıdır. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Munirlə görüşdə bildirib…
İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrinin əksəriyyətini növbəti bildirişədək bağlayıb
“Hörmüz boğazından gəmilərin hərəkəti və neft daşımaları müharibədən əvvəlki səviyyənin 80-100 faizinə çatıb”
“SpaceX” şirkətinin qurucusu İlon Mask Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışının sürətini azaltmaq barədə göstəriş verib
Azərbaycanda 2025-ci ildə 14-29 yaşlı 326 gəncdə ilk dəfə bədxassəli şiş diaqnozu qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 67 nəfər və ya 17% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 2025-ci ildə…
2025-ci ildə 15-29 yaşlı 554 nəfər Azərbaycandan daimi yaşamaq üçün gedib. Onların 236-sı kişi, 318-i qadın olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Ölkələr üzrə ən çox gedən Rusiyanın payına düşüb - 99…
Yaş artdıqca insanların yuxu rejimi dəyişir və səhərlər daha tez oyanmaq halları artır. Mütəxəssislər bunu orqanizmdə və beyində baş verən təbii qocalma prosesləri ilə əlaqələndirirlər.
Японская межпланетная миссия MMX успешно отправилась к Марсу. Ее главная цель - впервые в истории доставить на Землю образцы грунта с Фобоса, одного из двух спутников Красной планеты.
Aleksandr Myasnikov
İraq hökuməti Bağdadda İran tərəfinin sentyabr ayında Səudiyyə Ərəbistanına edilən hücumlarda əli olduğuna dair sübutların ortaya çıxması səbəbindən İranla sərhəddəki nəzarət-buraxılış məntəqələrinin böyük hissəsini…
“Qarşılaşmanın müəyyən hissəsi bərabər səviyyədə keçdi”. Bu sözləri “Sabah”ın futbolçusu Abdulla Xaybullayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Borussiya Dortmund”a qarşı keçirilən və 1:2 hesabı ilə…
Bakı. Trend: Rusiya hərbi peyki ABŞ ilə müqavilə əsasında fəaliyyət göstərən və Ukraynaya dəstək verən Avropanın kommersiya peykinə cəmi bir neçə on metr məsafəyədək yaxınlaşıb. Bu manevrlər…
Hollivud aktyoru və kaskadyor Al Leonq insult keçirərək ABŞ-nin Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.
Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın əleyhdarları ilə polis arasında toqquşmalar şiddətlənib. Nümayişçilər hökumət başçısının iqamətgahına soxulmağa cəhd ediblər. ATA agentliyinə istinadən, aksiya… Qlobal SAF istehsalı 2028-ci ildə gündəlik 97 min barelə çatacaq
Ekoloji cəhətdən təmiz aviasiya yanacağının (SAF) qlobal istehsalı 2026-cı ildə gündəlik 60 min, 2027-ci ildə 72 min, 2028-ci ildə isə 97 min barel təşkil edəcək.
Məsud Pezeşkian
Nigeriyada
"Düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik".
"Allah rəhmət eləsin Əməkdar artist Zöhrə Abdullayevaya. Onun bir sözü var idi. Tez-tez deyirdi ki, “Ay Nüşabə, o vaxtkı yaşım olaydı, indiki başım”. Belə şey də olmur". Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli…
UEFA Çempionlar Liqasında bu gecə keçirilən qarşılaşmalar bol qolları, gərgin mübarizəsi və son dəqiqələrdə dəyişən hesabları ilə diqqət çəkib. Bir sıra komandalar rəqibləri üzərində...
Albaniyanın Baş naziri Edi Rama etiraz aksiyalarında iştirak edən tələbə və müəllimləri dialoqa çağırıb. Edi Rama hökumətin etirazçılarla danışıqlara hazır olduğunu bildirib. Baş nazirin ofisinin qarşısına etirazçılarla…
Soyuq havalarda isti, doyumlu və büdcəyə uyğun yeməklərə üstünlük verilir. Kartof, yerkökü, soğan, mərci, lobya və digər gündəlik ərzaqlarla qısa müddətdə müxtəlif yeməklər hazırlamaq mümkündür.
Vladimir Zelenski
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb.
Türkiyənin paytaxtı Ankaranın Etimesqut rayonunda marşrut avtobusu yerüstü piyada keçidinə çırpılıb. Qəza nəticəsində 24 nəfər xəsarət alıb. Məlumata görə, qəza sərnişin avtobusunun idarəetmədən çıxması nəticəsində baş…
“Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki “Allah rəhmət eləsin” sözünü eşitməyə hazır deyildim”. Bu sözləri Əməkdar artist Səlim Abbasov…
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini açıqlayıb. "The Times of Israel" nəşri xəbər verir ki, Netanyahu bu barədə jurnalistlərə açıqlamasında bildirib. "Biz…
Bütün dövrlərin ən yaxşı futbolçusu adına "Qızıl top" mükafatına namizədlər açıqlanıb. “Sport-Express” xəbər verir ki, mükafatın 70 illiyinə həsr olunan xüsusi nominasiyada qalib azarkeşlərin səsverməsi ilə…
"SpaceX" şirkətinin rəhbəri İlon Mask ötən həftə Ukraynada "Starlink"in hərbi versiyasının - "Starshield"in işini məhdudlaşdırmağı şəxsən əmr edib. Bu barədə "The Wall Street Journal"a (WSJ) ABŞ rəsmiləri və məsələdən… İsrail İrana qarşı yeni əməliyyat hazırlayır? - Netanyahu Trampla danışdı
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranda hakimiyyət dəyişikliyinə nail olmaq istədiyini açıqlayıb.
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində İngiltərənin "Mançester Siti" komandası öz meydanında Yunanıstanın AEK klubu ilə qarşılaşıb.
Nigeriyada Ebola qızdırmasına ilk yoluxma halı təsdiqlənib. Bu barədə "The Cable" qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Səlahiyyətlilər Ebola virusuna yoluxduğu təsdiqlənmiş bir xəstənin 44 nəfərlə…
Əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərə əsasən, bəzi şəxslərin pensiyalarında artım olacaq. Üstəlik, bunun üçün vətəndaşların hər hansı…