Bunu "Report"a müsahibəsində AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli deyib.
O, buna səbəb kimi klublarda iş bölgüsünün düzgün aparılmamasını göstərib:
"Klubların qarşılaşdığı əsas çətinliklərdən biri müvafiq sahələr üzrə peşəkar və təcrübəli əməkdaşların cəlb olunmasıdır. Lisenziyalaşdırma prosesi yalnız sənədlərin hazırlanması və sistemə yüklənməsi ilə məhdudlaşmır. Bu proses klub daxilində hüquqi, maliyyə, inzibati, idman və infrastruktur məsələləri üzrə əlaqələndirilmiş fəaliyyətin təşkilini tələb edir. Bəzi klublarda bu funksiyalar arasında düzgün iş bölgüsünün aparılmaması, məsul şəxslərin vəzifələrinin dəqiq müəyyənləşdirilməməsi və sənədlərin hazırlanmasına gec başlanılması nəticəsində operativliklə bağlı problemlər yaranır. Bəzən də lisenziyalaşdırma tələblərinin yalnız son tarix yaxınlaşdıqda gündəmə gətirilməsi iş yükünün artmasına və sənədlərdə çatışmazlıqların meydana çıxmasına səbəb olur".
S.Səlimlinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.