İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb. Bununla bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi məhkəməyə müraciət edib. Təqdimat və vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri…