Azərbaycanda illik idxal qiymətlərinin artımı 27%-dən aşağı düşüb

2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana idxal olunan məhsulların qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,8% artıb. Dövlət Statistika Komitəsinin məlumatına istinadən, təkcə avqustda idxal qiymətləri aylıq müqayisədə 1,2%, illik müqayisədə isə 23,3% yüksəlib. Yanvar–iyulda idxal qiymətlərinin artımı 27,3% olmuşdu. Beləliklə, səkkiz aylıq dövr üzrə artım tempi 0,5 faiz bəndi zəifləyib.…