Azərbaycan 9 ayda xaricə 10 milyard dollarlıq neft satıb

Bu ilin ilk doqquz ayında Azərbaycanın neft ixracı dəyər ifadəsində 13 faiz artıb. Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 15,830 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.