Azərbaycan 9 ayda xaricdən daha çox ət alıb, 89.4 milyon dollar xərcləyib

2026-cı ilin ilk 9 ayının yekunlarına əsasən, Azərbaycanın xaricdən həyata keçirdiyi ət idxalında həm fiziki həcm, həm də dəyəri baxımından artım qeydə alınıb. Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 2025-ci ilin ilk 9 ayında 75,77 milyon ABŞ dolları təşkil edən ət idxalının statistik dəyəri, 2026-cı ilin eyni dövründə 18% artaraq 89.37 milyon…